Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Şəhid məzarları ziyarət olunub +FOTO=23

27 Sentyabr – Anım Günü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Hacıbədəlli kəndində olub. İcra başçısı öncə kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki,  26 sentyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər, kənd camaatı, şəhidlərin ailə üzvüləri, kənd qəbiristanlığında  Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib  və şəhidlərin ruhlarına dualar oxunmuşdur. Burada çıxış edən icra başçısı vətən uğrunda canından keçən qəhrəmanlarımızın  xatirələrinə sonsuz  ehtiramını bildirib.   Sonra Hacıbədəlli kənd tam orta məktəbi şagirdlərinin ifasında  şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub və ağacəkmə aksiyası keçirilib  
Bundan sonra İcra başçısı Vətən müharibəsi şəhidi  tankçı Dəyanət Əliyevin evində olub, onun ailəsi ilə söhbətləşib və şəhidin övladlarının qayğıları,  dərsləri ilə maraqlanıb. Çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı şəhid ailələrinə   göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını  ifadə  ediblər. Keçirilmiş tədbirlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111