Tennisçilərimiz Tbilisidə 5 bürünc medal qazanıblar
Gürcüstanın paytaxtı Tbilisidə stolüstü tennis üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi " WTT Youth Contender Tbilisi 2026" beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, baş məşqçilər - Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında sözügedən turnirə qatılan 10 idmançımızdan beşi daha uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Qazanılan medalların hamısı bürünc əyarlı olub. Medallar Onur Quluzadə (U-19),Cəfər Alməmmədli, Ələkbər Mirzəyev, Gülnur Kərimli və Səidə Quluzadənin aktivinə yazılıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



