TÜİB Katibliyi Echo Global şirkətini ziyarət etdi
TÜİB Katibliyi beynəlxalq sərgilərin təşkili, işgüzar missiyaların həyata keçirilməsi və investisiya təşəbbüslərinin inkişafı istiqamətində fəaliyyət göstərən Echo Global şirkətini ziyarət edib.
AZpress.AZ xəbər verir ki, görüş zamanı TÜİB və Echo Global arasında mümkün əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, biznes və investisiya əlaqələrinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Görüşün əsas müzakirə mövzularından biri isə TÜİB-in tərəfdaşlıq etdiyi Turkchem Azərbaycan sərgisi olub. Sərginin inkişaf perspektivləri, biznes dairələrinin iştirakı, şirkətlər arasında yeni əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Echo Global komandasına qonaqpərvərliyi və məhsuldar görüş üçün təşəkkür edirik.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



