DÇ-nin 4-cü günü dörd cüdoçumuz mübarizəyə qatılacaq
Bakıda kişi və qadınlar arasında cüdo üzrə keçirilən və 2028-ci ildə Los-Ancelesdə ( ABŞ) keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən dünya çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən mundialın 7 oktyabr gününə təsadüf edən 4-cü günü daha dörd cüdoçumuz iki çəkidə (63 və 81 kq) tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparacaq. 63 kq çəkidə qadın təmsilçimiz Hanna Zaytseva, 81 kq çəki dərəcəsində isə Vüsal Qələndərzadə, Ömər Rəcəbli və Zelim Tçkayev triosu çıxış edəcək.Təmsilçilərimiz hamısı mübarizəyə ikinci təsnifat mərhələsindən (1/16 final) başlayacaqlar.
Xatırladaq ki, mundialın geridə qalan üç günündə Azərbaycan yığması biri qızıl, digəri bürünc əyarlı olmaqla iki medal qazanıb. Qızıl medal Əhməd Yusifovun (60 kq), bürüncsə Rəşid Məmmədəliyevin (73 kq) payına düşüb. Medal sıralamasında Azərbaycan aktivində 5 qızıl medal olan Yaponiyadan sonra ikincidir.
Yeri gəlmişkən, dünya çempionatında təsnifat görüşləri saat 10:30- da, final bloku isə 18:00- da başlar. Yarış CBC Sport kanalı ilə canlı yayımlanır.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



