Bakıda cüdoçuların dünya çempionatı davam edir
Bakıda kişi və qadınlar arasında cüdo üzrə keçirilən Olimpiya təsnifatı dünya çempionatı davam edir. Çempionatın 5-ci günü biri qadın olmaqla daha dörd cüdoçumuz tatamiyə çıxaraq medallar uğrunda yarışacaq Qadınlar 70, kişilər isə 90 kq çəki dərəcəsində mübarizə aparacaqlar. Qadınların yarışında ölkəmizi Südabə Ağayeva təmsil edəcək. O, 1/32 finalda Ai Tsunoda Roustantla (İspaniya) üzləşəcək.
Kişilərin yarışında isə Elxan Hacıyev, Süleyman Şükürov ( hər ikisi 1/32 finaldan başlayacaq) və Murad Fətiyev (1/16 final) medal qazanmağa çalışacaq.
Xatırladaq ki, mundiala ev sahibliyi edən Azərbaycan yığması geridə qalan 4 gündən sonra aktivinə 4 (1-1-2) medal yazdırıb. Bu göstərici ilə millimiz medal sıralamasında Yaponiyadan (6-0-2) sonra ikincidir.
Mundiala oktyabrın 11-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



