Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

TÜİB “Turkchem Azerbaijan 2027” beynəlxalq sərgisinin strateji tərəfdaşıdır

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) “Turkchem Azerbaijan
2027” beynəlxalq kimya sənayesi sərgisinin strateji tərəfdaşıdır.

2027-ci il 6–8 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi Türkiyənin beynəlxalq
sərgi təşkilatçılığı sahəsində fəaliyyət göstərən “Artkim Fuarcılık A.Ş.” şirkətinin koordinasiyası,
Azərbaycanda fəaliyyət göstərən TÜİB üzvü “Echo Global” MMC-nin təşkilatçılığı, Azərbaycan
Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və TÜİB-in
strateji tərəfdaşlığı ilə həyata keçiriləcək.
Kimya və petrokimya sənayesinin geniş spektrini əhatə edən “Turkchem Azerbaijan” çərçivəsində
əsas və xüsusi kimyəvi maddələr, neft-kimya məhsulları, laboratoriya və istehsal texnologiyaları,
proses avadanlıqları, ölçmə, sınaq və analiz sistemləri, qablaşdırma texnologiyaları və digər əlaqəli
sahələr üzrə məhsul və həllər təqdim olunacaq. Sərgidə müvafiq sahələrdə fəaliyyət göstərən
şirkətlərin məhsul və texnologiyalarının təqdim olunması, eləcə də yeni əməkdaşlıq imkanlarının
müzakirəsi nəzərdə tutulur.
Sərginin əsas məqsədi Türkiyə şirkətlərinin, ilk növbədə, Azərbaycan olmaqla, Qafqaz, Mərkəzi
Asiya və Xəzər regionu bazarlarına çıxış imkanlarını genişləndirmək, yeni ticarət və texnoloji
əməkdaşlıqların qurulmasına şərait yaratmaq, həmçinin Türkiyənin regional ixrac potensialının
artırılmasına töhfə verməkdir.
Bununla yanaşı, “Turkchem Azerbaijan 2027”nin yalnız sərgi platforması kimi deyil, Türkiyə ilə
Azərbaycan arasında sənaye və ticarət əlaqələrinin üçüncü ölkələrin bazarlarına çıxarılmasına imkan
verən davamlı regional əməkdaşlıq platforması kimi inkişaf etdirilməsi hədəflənir.
Sərgi yerli və beynəlxalq şirkətlər üçün yeni işgüzar əlaqələrin qurulması, potensial tərəfdaşların
müəyyənləşdirilməsi, məhsul və xidmətlərin təqdim olunması, yeni bazarlara çıxış imkanlarının
araşdırılması və regional biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm imkanlar
yaradacaq.
TÜİB yerli sahibkarları, sənaye müəssisələrini və biznes nümayəndələrini “Turkchem Azerbaijan
2027” beynəlxalq sərgisində iştiraka dəvət edir. Sərgidə iştirak şirkətlərə beynəlxalq bazarlarda
mövqelərini gücləndirmək, yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanla digər region ölkələri
arasında sənaye və ticarət əməkdaşlığının inkişafında iştirak etmək imkanı verəcək.

Sərgi haqqında ətraflı məlumat: https://turkchem.az/en/home

İştirakla bağlı əlaqə:

Əlaqələndirici şəxs: Narmina Spatar
Telefon: (+994 10) 239 66 88
E-poçt: narmina.spatar@echoglobal.az

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111