İtaliya "31-ci Xəzər İnşaat Sərgisi"ndə
Milli pavilyonla təmsil olunacaq
İtaliyanın tikinti, mühəndislik və memarlıq sənayesinin qabaqcıl nümayəndələri İtaliya Ticarət Agentliyinin rəhbərliyi altında geniş heyətlə "Bakı Ekspo Mərkəzində 14-16 oktyabrda keçiriləcək “Xəzər İnşaat Sərgisi”nin 31-ci buraxılışında iştirak edəcək.
Bu barədə AZpress.AZ-a İtaliya səfirliyindən məlumat verilib.
Azərbaycanın və bütün Qafqaz regionunun tikinti, inşaat və ətraf mühit texnologiyaları sahəsində ən böyük olan sərgidə regionun iqtisadi inkişafında mühüm tərəfdaş ölkə olan İtaliya rəsmi Milli pavilyon ilə təmsil oluncaq.
Təşəbbüs İtaliya Ticarət Agentliyi tərəfindən, ANIMA (Mexaniki Sənaye Sahələri üzrə Federasiyası ) və FINCO(Tikinti üçün Məhsullar, Qurğular, Xidmətlər və İxtisaslaşmış İşlər Sənayesi Federasiyası) ilə əməkdaşlıq çərçivəsində, Made in Italy innovasiyalarını təqdim etmək və yerli operatorlarla yeni sənaye və ticarət tərəfdaşlığı imkanları yaratmaq məqsədilə təşkil olunur.
İtaliya Milli pavilyonunda tikinti sektorunun bütün zəncirini təmsil edən 24 aparıcı şirkət yer alacaq. Ümumilikdə sərgidə fərdi stendlərlə və ya yerli nümayəndələr vasitəsilə iştirak edən digər İtaliya müəssisələrini də nəzərə alsaq, iştirak edən İtaliya şirkətlərinin ümumi sayı 43-ə çatır. Buda İtaliya biznes cəmiyyətinin Azərbaycan bazarına olan yüksək marağını və iki ölkə arasındakı güclü ikitərəfli əlaqələri bir daha sübut edir.
Bildirilib ki, İtaliyanın sərgidəki iştirakı Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən infrastrukturun inkişafı, yenidənqurma və bərpa proqramları kontekstində xüsusi əhəmiyyət kəsb edir. İtaliya şirkətləri bu ilki "Baku Build" beynəlxalq tikinti sərgisinə mühəndislik təcrübəsi, müasir avadanlıqlar, innovativ materiallar, enerji səmərəliliyi həlləri və davamlı şəhər infrastrukturu elementləri gətirəcəklər.
Texnoloji nümayişlə yanaşı, İtaliyanın iştirakı B2B görüşlərinin keçirilməsinə, işgüzar əlaqələrin qurulmasına və azərbaycanlı operatorlarla təcrübə mübadiləsinə yönələcək ki, bu da uzunmüddətli sənaye əməkdaşlığına və birgə layihələrin həyata keçirilməsinə xidmət edir.
İtaliya Milli pavilyonunun rəsmi açılış mərasimi İtaliya və Azərbaycanın rəsmi və diplomatik nümayəndələrinin iştirakı ilə sərginin açılışı günü -14 oktyabrda baş tutulacaq.
İtaliya Milli pavilyonunda ölkənin aparıcı şirkətləri, o cümlədən Emmedue, Dakota Group, Abrasivi Adria, First Corporation, Tenax, EURimpianti, Vortex Hydra, Edil Lame, Alunova, Radiatori 2000, Bampi,Rives, Metalco, DBA Group və digərləri təmsil olunacaq.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



