Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə güləşçilərimiz Rusiyadan iki qızılla dönüblər 

10-11 oktyabr günlərində Rusiyanın Vladiqafqaz şəhərində 16 yaşadək yeniyetmə güləşçilər arasında sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. İki gün davam edən və Olimpiya çempionu David Musulbenin şərəfinə təşkil edilən turnirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər. AGF-dən verilən məlumata görə sərbəst güləş üzrə U-15-in böyük məşqçisi Emin Əzizovun və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında sözügedən turnirdə iştirak edən Azərbaycan yığmasının iki üzvü daha inamla güləşərək turnirin baş mükafatına layiq görülüb. Bu cütlükdə Avropa çempionu Elvin Nəcəfzadə (85 kq) və Avropa çempionatının mükafatçısı Cavanşir Süleymanov (44 kq) yer alıb. 

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, 15 ölkəni təmsil edən 300-dək idmançının mübarizə apardığı bu turnirdə daha bir təmsilçimiz beynəlxalq dərəcəli hakim Nihad Muradov da iştirak edib.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111