Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri ilə görüşüb. 

AZpress.AZ xəbər verir ki, əsas məqsəd "ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı görüləcək işləri, fəaliyyət istiqamətlərini müzakirə etmək olub. 
 
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kamboca Krallığının Poçt və Telekommunikasiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində "ASAN xidmət" təcrübəsinin tətbiqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111