Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BAKU BUILD 2026 SƏRGİSİNDƏ İTALİYANIN MİLLİ PA VİLYONUNUN AÇILIŞI OLDU

24 İtaliya şirkəti tikinti və inşaat sektoruna həsr olunmuş 31-ci Beynəlxalq Xəzər İnşaat Sərgisində  aparıcı rol oynayır

Bakı, 14 oktyabr 2026-cı il – Bu gün Bakı Ekspo Mərkəzində 14–16 oktyabr 2026-cı il tarixlərində keçirilən, Azərbaycanın tikinti, inşaat və ətraf mühit texnologiyaları sektorunda ən mühüm sərgi olan "Baku Build"in 31-ci buraxılışında İtaliyanın Milli Pavilyonunun rəsmi açılışı olub.

Təşəbbüs İtaliya sənayesinin mükəmməlliyini nümayiş etdirmək, İtaliya şirkətləri ilə Azərbaycan bazarının aparıcı şirkətləri arasında yeni əməkdaşlıq imkanlarını təşviq etmək məqsədilə İtaliya Ticarət Agentliyi , ANIMA (Mexaniki Sənaye Sahələri üzrə Federasiyası ) və FINCO (Tikinti üçün Məhsullar, Qurğular, Xidmətlər və İxtisaslaşmış İşlər Sənayesi Federasiyası)-nın əməkdaşlığı ilə təşkil olunub.

İtaliyanın Milli Pavilyonunda 24 İtaliya şirkəti iştirak edir. Ümumilikdə sərgidə fərdi stendlərlə və ya yerli nümayəndələr vasitəsilə iştirak edən digər İtaliya müəssisələrini də nəzərə alsaq, iştirak edən İtaliya şirkətlərinin ümumi sayı 43-ə çatır. Onlar tikinti və infrastruktur üçün geniş çeşiddə məhsul, texnologiya və həllər təqdim edərək İtaliya müəssisələrinin Azərbaycan bazarına olan marağını və uzunmüddətli ticarət əlaqələri qurmaqda maraqlı olduqlarını bir daha təsdiqləyirlər.

Açılış nitqində İtaliyanın Azərbaycandakı Fövqəladi və Səlahiyyətli Səfiri cənab Luka Di Canfrançesko ölkənin inkişafında infrastruktur və tikintinin strateji əhəmiyyətini vurğulayıb. Səfir İtaliya və Azərbaycan arasında əməkdaşlığın sadə ticarət mübadiləsindən kənara çıxaraq sənaye tərəfdaşlığına, təcrübə mübadiləsinə və birgə layihələrin həyata keçirilməsinə töhfə verə biləcəyini qeyd edib.

Səfir, həmçinin İtaliya Respublikasının Prezidenti Serco Mattarella və Nazirlər Şurasının Sədri Ciorcia Melonin Azərbaycana səfərləri də daxil olmaqla, yüksək səviyyəli intensiv təmaslarla möhkəmlənən ikitərəfli əlaqələrin mükəmməl səviyyədə olduğunu xatırladıb. Bu möhkəm əməkdaşlıq müxtəlif iqtisadi sektorlarda yeni inkişaf perspektivləri açır.

İtaliyanın "Baku Build" sərgisindəki iştirakı milli sənaye sisteminin rəngarəngliyini və ixtisaslaşmasını nümayiş etdirdi. Bu sistem yalnız məhsul deyil, həm də texnologiyalar, mühəndislik bilikləri, avadanlıqlar, innovativ materiallar və yüksək əlavə dəyərli həllər təklif etmək iqtidarındadır.

İtaliyanın iştirakı, həmçinin Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən infrastrukturun inkişafı, yenidənqurma və bərpa proqramları kontekstində xüsusi əhəmiyyət kəsb edir. Bu sahələrdə İtaliya təcrübəsi fərdi həllər və yerli şirkətlərlə uzunmüddətli əməkdaşlıq vasitəsilə müasir, dayanıqlı və səmərəli layihələrin reallaşdırılmasına töhfə verə bilər.

İtaliya texnologiyaları və məhsullarının təşviqindən əlavə, "Baku Build" sərgisində iştirak peşəkar təmaslar qurmaq, B2B görüşləri təşkil etmək, İtaliya və Azərbaycan müəssisələri arasında təcrübə mübadiləsini stimullaşdırmaq üçün praktiki imkan kimi nəzərdə tutulub.

Məqsəd yalnız məhsul tədarükü ilə məhdudlaşmayan, həm də nok-hau (know-how) mübadiləsi, birgə layihələrin işlənməsi, həllərin yerli bazarın ehtiyaclarına uyğunlaşdırılması və sabit sənaye tərəfdaşlıqlarının yaradılmasına yönəlmiş əməkdaşlığı təşviq etməkdir.

Bu çərçivədə İtaliyanın Milli Pavilyonu İtaliya istehsalat mükəmməlliyinin nümunəsi və aynı zamanda ikitərəfli iqtisadi əlaqələri gücləndirmək və yeni biznes imkanlarını təşviq etmək üçün bir platformadır.

İtaliyanın "Baku Build 2026" sərgisində iştirakı milli şirkətlərin xüsusi təcrübə, innovativ texnologiyalar və uzunmüddətli əməkdaşlığa yönəlmiş baxışla Azərbaycan bazarının inkişafına töhfə vermək istəyini təsdiqlədi.

Sərgidə iştirak edən İtaliya şirkətlərinə Italiya Ticarət Agentliyi tərəfindən göstərilən dəstəyi tamamlamaq məqsədi ilə 15 və 16 oktyabr tarixlərində bu sektorda fəaliyyət göstərən 15 gürcü şirkətindən ibarət nümayəndə heyəti İtaliyanın milli pavilyonunu ziyarət edəcək. Nümayəndə heyətinin missiyası İtaliya Ticarət Agentliyinin Bakı Və Tiflis Ofisləri tərəfindən təşkil olunub.

Bakı, 14 oktyabr 2026-cı il

 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111