Avrokuboklarda "Neftçi" BK evdə, "Sabah" isə səfərdə məğlub olub
Dünən kişi basketbol klublarının çıxış etdiyi Avrokubok yarışlarının qrup mərhələsində növbəti oyunlar keçirilib. Ölkəmizi FİBA Avropa Kubokunda təmsil edən "Neftçi" BK doğma divarlar arasında Latviyanın "VEF Riqa" klubunu qəbul edib. Təəssüflər olsun ki, "Neftçi" doğma divar amilindən yetərincə yararlana bilməyib. Qeyd edək ki, böyük fasiləyə 56:51 hesabla üstün durumda yollanan təmsilçimiz təşəbbüsü əldən verərək, sonda meydanı 16 xal fərqli məğlub durumda tərk edib - 94:110 (26:24, 30:25, 16:30, 22:30).
"Neftçi" növbəti matçını oktyabrın 21-də İsveçrənin Fruburq şəhərində yerli "Fruburq Olympic"-ə qarşı keçirəcək.
Ölkəmizi Çempionlar liqasının qrup mərhələsində təmsil edən "Sabah" klubu da məğlubiyyətlə üzləşib. Çempionumuz hesabat turunda Türkiyənin Trabzon şəhərində yerli "Tranzondpor" klubunun qonağı olub. Görüş ev sahibinin qələbəsi ilə bitib - 83:100 (12:35, 20:30,10:21,24:31). "Sabah" növbəti matçını oktyabrın 27-də Milli Gimnastika Arenasında "Nanterre 92"-yə qarşı keçirəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



