Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçumuz Südabə Ağayeva Qazaxıstanda birinci olub

Azərbaycan yığması Asiya Açıq Turnirini 14 medalla başa vurub 

17-18 oktyabr günlərində Qazaxıstanın Aktau şəhərində kişi və qadınlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Asiya Açıq Turnirinə yekun vurulub. Turnirin ikinci günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, ikigünlük turnirin start günündə 8 (0-4-4)medal qazanan yığmamız ikinci gündə biri qızıl, biri gümüş və dördü bürünc əyarlı olmaqla daha 6 medal qazanıb. Bununla da Azərbaycan yığması sözügedən turniri 14 (1-5-8) medalla başa vurub. Son gündə əldə edilən qızıl medalın sahibi bütün görüşlərini qələbə ilə başa vuran Südabə Ağayevanın (70 kq) aktivinə yazılıb. Günün gümüş medalı yalnız həlledici finalda büdrəyən Madina Kaisinova,(+78 kq) qazanıb. Son günün bürünc medalları isə Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Sübhan Axundov (+100 kq) və Alina Kuqayevanın (70 kq) payına düşüb.

Birinci gün isə Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (62 kq) və Ülviyyə Bayramova (57 kq) gümüş, Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi,73 kq) və Alina Kuqayeva (70 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, 7 ölkəni təmsil edən 182 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan 28 (21 kişi və 7 qadın ) idmançı ilə təmsil olunub.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111