Yeniyetmə karateçimiz Şamo Kamilov dünya çempionu olub
14-18 oktyabr günlərində Polşanın Bielsko-Biala şəhərində yeniyetmələr ( kadetlər), gənclər və U-21-lər arasında karatenin VKF versiyası üzrə dünya çempionatı keçirilib. Çempionatda iştirak edən Azərbaycan karateçilərindən beşi daha inamla döyüşərək, mükafatçılar sırasında yer alıb. Ən yaxşı nəticəni isə Şamo Kamilov (U-16, +70 kq) göstərib. Yeniyetmə karateçimiz bütün görüşlərini qələbə ilə başa vuraraq, dünya çempionu olub. Yalnız həlledici finalda məğlub olan onun həmyaşıdı və komanda yoldaşı Vüsal Cəfərov (55 kq) ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib.
Çıxışını üçüncü yerdə bitirən Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov U(-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) isə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



