"Qocalar" yenidən "döyüşə" gedirlər
22-25 oktyabr günlərində Portuqaliyanın Portiman şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Dörd gün davam edəcək bu turnirdə Azərbaycan 8 müxtəlif yaş kateqoriyasından olan 17 veteranla təmsil olunacaq. ACF-dən verilən məlumata görə komandaya dəfələrlə dünya və Avropa çempionu olmuş Fərhad Rəcəbli (90 kq) rəhbərlik edəcək. Maraqlıdır ki, onun özü M8 kateqoriyasında çıxış edəcək.
Digər yaş qruplarına gəlincə, M1 yaş kateqoriyasında Smir İsmayılov (73 kq), M2 kateqoriyasında Vüqar Əliyev (81 kq), Elçin Məmmədov (100 kq) və Kənan Abdulxanlı (+100 kq) triosu, M3- də Qədir İsgəndərov (66 kq), Ramil Aslanov (90 kq) və Ramil Muradov (100 kq) üçlüyü, M4 kateqoriyasında Elşən Kərimov (60 kq), Rauf Fərzəliyev, İlqar Əliheydərov (hər ikisi 73 kq) və Rəşad Bağırov (100 kq) dördlüyü, M5-də Babək Hacıyev (60 kq), Anar Xəlilov (73 kq), M6 kateqoriyasında Qabil Qasımov (100 kq), M7-də isə Nazim Əliyevlə (90 kq) Azər Əsgərov (100 kq) cütlüyü çıxış edəcək.
Xatırladaq ki, sentyabr ayının sonlarında Bosniya və herseqovinanın paytaxtı Sarayevoda veteranlar arasında keçirilən dünya çempionatında Azərbaycandan olan "qocalar" üçü qızıl, səkkizi bürünc əyarlı olmaqla 11 medal qazanıblar. Ümid edirik ki, "döyüşə" yenidən gedən "qocalar" qitə çempionatında daha çox medal qaza biləcəklər.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



