Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güclü dövlətçiliyin və milli birliyin təntənəsi

 

    Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə oldu. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qurultaydakı çıxışı dövlətimizin keçdiyi şərəfli yolun, əldə etdiyi tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin mahiyyətini bir daha ortaya qoydu.
    1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır böhran şəraitində xalqın sabitlik və güclü dövlətçilik istəyinin təcəssümü idi. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı güclü, müstəqil və beynəlxalq nüfuza malik dövlətə çevirdi.
Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi onun tarixi əhəmiyyətini daha da artırır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri xalqımızın birliyinin, Azərbaycan Ordusunun qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təcəssümüdür. 8 Noyabr Zəfər Günü və 20 Sentyabr – Dövlət Suverenliyi Günü milli tariximizin şanlı səhifələridir. Bu uğurlar şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi hesabına əldə olunub.
     Prezident İlham Əliyevin çıxışında Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin gücləndirilməsi, hərbi qüdrətin artırılması və təhlükəsizliyin təmin olunması əsas prioritetlər kimi diqqətə çatdırıldı. Ölkəmizin enerji, nəqliyyat və investisiya sahələrində qazandığı uğurlar beynəlxalq nüfuzunu artırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramı isə dövlətimizin milli hədəflərinə doğru inamla irəlilədiyini göstərir.
     Dövlət başçısının çıxışında gənclərin təhsili, vətənpərvərlik ruhunda yetişdirilməsi və ideoloji təhlükəsizliyin qorunması məsələlərinə xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə gənclərin milli-mənəvi dəyərlərə bağlı, savadlı və müstəqil düşüncəli vətəndaşlar kimi yetişməsi dövlətimizin gələcəyi üçün vacibdir. Vətənpərvərlik ölkənin inkişafına töhfə vermək, dövlətə sədaqət göstərmək və milli maraqları qorumaqla təsdiqlənir.
    Gənclər və idman sahəsinin nümayəndəsi kimi hesab edirəm ki, gənclərin ictimai fəallığının artırılması, idmana cəlb olunması və sağlam həyat tərzinin təşviqi xüsusi önəm daşıyır. Masallı rayonunda gənclərin potensialının üzə çıxarılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi və təşəbbüslərinin dəstəklənməsi mühüm vəzifələrimizdəndir. YAP-ın gənc fəalları olaraq dövlətimizin uğurlarını təbliğ etmək, tarixi həqiqətləri gənc nəslə çatdırmaq və ölkəmizin inkişafına əməli töhfə vermək əsas məqsədimizdir.
    Əminik ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və gənclərimizin fəallığı Azərbaycanın gələcək uğurlarının təminatıdır. Qalib Azərbaycanın gələcəyi savadlı, sağlam və vətənpərvər gənclərin əlindədir. Bizim borcumuz milli birliyimizi qorumaq və dövlətimizin tərəqqisinə layiqli töhfə verməkdir.

 

Sabiq CAHANGİROV,
YAP Masallı rayon təşkilatının fəal üzvü.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111