U-20 voleybolçu qızların EEVZA çempionatı başlayır
Bu gün Gürcüstanın Rustavi şəhərində 20 yaşıl (U-20) qızlar arasında voleybol üzrə EEZVA (Şərqi Avropa Voleybol Zonal Assosiyssı) çempionatına start veriləcək. Oktyabrın 25-dək davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla 7 ölkə yığması iki qrupda (A və B) mübarizə aparacaq. ABF-dən verilən məlumata görə, Azərbaycan Polşa və Latviya ilə birlikdə A qrupunda yerləşir. Turnirin B qrupunda isə ev sahibi Gürcüstan, Ermənistan, Ukrayna və Estoniya millisi cəmləşib.
Reqlamentə görə, qrup oyunları başa çatandan sonra yerlər uğrunda görüşlər keçiriləcək. A1 ilə B1 komandasının qalibi çempion olacaq və eyni zamanda AVRO-2027-nin final mərhələsinə vəsiqə qazanmış olacaq. A2 ilə B2-nin qalibi üçüncü yeri tutacaq. A3 ilə B3 qarşılaşması isə qalan yerlərin sahibini müəyyənləşdirəcək.
Onu da qeyd edək ki, bu çempionatda 2-4-cü yerləri tutan komandalar AVRO-2027-nin ikinci təsnifat mərhələsində oynamaq hüququ qazanacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



