ADPU-da Kəmalə Quliyevanın 75 illik yubileyi qeyd edilib +FOTO=26
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Quliyevanın 75 illik yubileyi qeyd edilib. Tədbirdə universitet rəhbərliyinin nümayəndələri, fakültənin professor-müəllim heyəti və kafedranın əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev Kəmalə Quliyevanı yubileyi münasibətilə təbrik edərək onun uzunillik pedaqoji fəaliyyətindən, təhsil sahəsindəki xidmətlərindən və müəllim kadrlarının hazırlanmasındakı rolundan bəhs edib. Prorektor Kəmalə Quliyevanın tələbələrin bilik və bacarıqlarının inkişafına, gənc müəllimlərin peşəkar formalaşmasına verdiyi töhfələri qeyd edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb. F.Rzayev Kəmalə Quliyevaya uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə və 75 illik yubileyinə görə ADPU-nun rektoru professor Cəfər Cəfərovun imzası ilə universitetin fəxri fərmanını təqdim edib.
ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev də çıxışında Kəmalə Quliyevanı yubiley münasibətilə təbrik edib, onun pedaqoji fəaliyyətini və kollektivdəki nüfuzu barədə danışıb. O, yubilyara Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanını təqdim edib.
Tədbirdə çıxış edənlər Kəmalə Quliyevanın elmi-pedaqoji fəaliyyətindən, pedaqoji kadrların hazırlanmasında müstəsna xidmətlərindən, tələbələrlə işə və həmkarları ilə əməkdaşlığa məsuliyyətli münasibətindən bəhs ediblər.
Sonda Kəmalə Quliyeva göstərilən diqqətə və ünvanına səsləndirilən təbriklərə görə universitet rəhbərliyinə, həmkarlarına və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



