"AZERRAİL" və "Ordu" VK mövsümə qələbəylə başlayıb
Oktyabrın 23-də kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Super Liqada 2026/2027-ci illər mövsümünə start verilib. Turun ilk günündə iki oyun keçirilib. Hər iki oyun GİN-nin Voleybol Mərkəzində baş tutub. AVF-dən verilən məlumata görə, bu oyunlarda "AZERRAİL" VK "Gənclər"i 3:0 (25:17 ,25:11, 25:16), "Ordu" isə "Murov Az Terminal"ı (25:20, 25:14, 25:20) eyni hesabla məğlub edib.
Turun daha bir oyunu isə oktyabrın 24-də saat 17:00-da FİN-in Hövsanda yerləşən İdman zalında başlayacaq. Oyunda "Xilasedici" ilə "Neftçi" qarşılaşacaq.
Qeyd: Super Liqada 6 komanda iki mərhələdə mübarizə aparacaq. Birinci mərhələ ev və səfər oyunu prinsipi ilə dairəvi sistem üzrə iki dövrədə keçiriləcək. Bu mərhələni ilk dörd yerdə bitirən komandalar ikinci mərhələdə - pley-offda mübarizəni davam etdirəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



