"Ceyhun Sabunçu"nu öldürənlər həbs edildi
Əhmədli qəsəbəsindəki kafedə qətl törədənlər həbs olunub.
Binəqədi rayon Məhkəməsində Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb. Qərara əsasən onların hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.



