Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Nihat Məmmədli DÇ-nin finalında 

Qazaxıstanın paytaxtı Astanadakı "Barıs Arena"da idman güləşi üzrə böyüklər arasında keçirilən dünya çempionatı davam edir. Çempionatın üçüncü günü çəkisi 63, 67 və 87 kq olan yunan-Romaçılar mübarizəyə qatılıblar. Bu şəkillərdə ölkəmizi müvafiq olaraq Nihat Məmmədli , Həsrət Cəfərov və İslam Abbasov təmsil edib. Triomuzdan Nihat Məmmədli daha inamla güləşərək mundialın finalına yüksəlib. Qeyd edək ki, finala gedən yolda ardıcıllıqla amerikalı Xavyer Consonu (11:0), norveçli Morten Toreseni (11:0), qətərli Aref Mohammadiyəni (10:1), yarımfinalda isə rusiyalı Olimpiya mükafatçısı, dünya çempionu, 3 qat Avropa çempionatının qalibi olan Sergey Yemelini (2:2) xal prinsipi ilə üstələyən Nihat oktyabrın 27-də finalda erməni güləşçi Karen Aslnyanla üzləşəcək. Trioya daxil olan digər güləşçilərimizə gəlincə, yarımfinalda büdrəyən Həsrət Cəfərov oktyabrın 27-də birbaşa bürünc medal uğrunda görüşə çıxacaq. İslam Abbasov isə bürünc medal uğrunda mübarizəni təsəlliverici görüşlərlə davam etdirəcək.

İNTİQAM Məmmədov