Cənab prezidentimizin göstərişlərini "KİM" vecinə almır?
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəcamı ilə Azərbaycanın bir çox reqionlarında yeni yollar inşa edilir... Dövlət başçısı tərəfindən görüləcək işlər üçün lazımi qədər vəsait ayrılıb...
Azəryolun İdarə Heyyətinin Sədri cənab Vüsal Zakir oğlu Nəsirli 13 oktyabrda keçirilən yığıncaqda öz əməkdaşlarına cənab prezidentimizin tövsiyyələrini çatdırıb, bildirib ki, insanları incitməyin, aldatmayın, kompensasiya pullarını ödəyin . Sadə xalqı Dövlətdən, cənab prezidentimiz İlham Əliyevdən narazı salmayın!
Hələ keçmiş sədr Saleh Məmmədovun komandasına xidmət edən bəzi "çupbulu" məmurlar özlərini "Xan" hesab edirlər... Xalqa hədə -qorxu gələrək, sadə insanların hüquqlarını pozan,özünü cənab prezidentimiz İlham Əliyevdən ağıllı sayan " Xan sarayı " MMC nin rəhbəri Nazim "Xan" Ömərovdur! Nazim "Xan" Ömərov 44 günlük Vətən müharibəsi iştirakçı olan qazinin hasarını söküb, onun torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparıb, (FOTOLAR: 1,2, 3, 4, 5, 6, 7,8)
AZpress.AZ xəbər saytının əməkdaşı Hökməli kəndində olmuş, 44 günlük Vətən müharibəsində canını ,sağlamlığını əsirgəməyən Qazi Nurlan Rüstəmovdan müsahibə almışdır:
Mən 44 günlük Vətən müharibəsi iştirakçısıyam, medallarım var, Vətən torpaqlarının azad edilməsi yolunda sağlamlığımı itirərək doğma torpaqlarımızı düşməndən azad etmişəm...Vətənimizə ,Azərbaycan Dövlətinə sədaqətlə xidmət etmişəm...
Cənab prezidentimiz İlham Əliyevin sərəcamını və tövsiyyələrini saymayan, Azəryol İdarə Heyyətinin Sədri cənab Vüsal Nəsirlinin əksinə gedən, onun tapşırıqlarını VECİNƏ almayan Nazim "Xan" Ömərovun bu əməlləri dələduzluq deyilmi?
Nazim Xanın rəhbərliyi ilə mənim və qohumlarımın torpaq sahələrinə külli miqdarda zərər dəyib. Torpaq sahəsinin hasarı sökülüb, yonca əkərək özümüzü güclə saxladığımız yeganə gəlir mənbəyimiz olan sahələr yararsız hala düşüb...
Hörmətli müxbir, mənim danışmağıma ehtiyac yoxdur, özünüz baxın,görün. Mənim və mənim kimi sadə insanların başına nə oyun açırlar.
Torpaq sahəsinin yaxınlığında işləyən KBT MMC nin əməkdaşları ilə söhbət zamanı məlum oldu ki, Azəryol İdarə Heyyətinin Sədri cənab Vüsal Nəsirlinin əksinə gedən, onun tapşırıqlarına əməl etməyən, dələduzluqla məşğul olan Xan sarayı MMC,Grant Dizayn MMC və digər şirkətlərin rəhbəri Nazim "Xan" Ömərov adlı şəxsdir. Müxbirimiz Nazim "XAN" əlaqə saxlamağa çalışdı, amma...
DİQQƏT: REDASİYA QARŞI TƏRƏFİN MÖVQEYİNİ DƏ YAYIMLAMAĞA HAZIRDIR!
https://youtu.be/uTd5fu-uJC8



