Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tatami ustalarımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər 

29-31 oktyabr günlərində BƏƏ-nin paytaxtı Abu-Dabidə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən "Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 60 ölkəni təmsil edən 400-ə qədər tatami ustası medallar uğrunda yarışacaq.

Azərbaycan bu turnirə 9 çəki dərəcəsində 11 (7 kişi, 4 qadın) cüdoçu ilə qatılacaq.

ACF-dən verilən məlumata görə, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında turnirə qatılacaq kişi komandamızin heyətində Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokuari və Camal Qamzatxanov (hər ikisi +100 kq) cəmləşib.

Qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellaitfova və məşqçi Tərlan Kərimov isə sözügedən turnirdə Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinovanı (+78 kq) sınamaq qərarına gəlib.

İNTİQAM Məmmədov