Qadın "DH Volley" klubu Avrokuboka başlayır
Bu gün qadın voleybol klubları arasında Avrokubok yarışlarından olan CEV Çelenc Kup turnirinə 1/32 final mərhələnin ilk oyunları ilə start veriləcək. Sözügedən turnirdə ölkəmizi təmsil edən "DH Volley" qadın klubu Danimarkanın "Holte" klubu ilə qarşılaşacaq. Oyun saat 22:00-da Danimarkanın Holte şəhərində başlayacaq. Cavab matçı isə noyabrın 5-də Bakıda keçiriləcək.
Yeri gəlmişkən, kişilərin analoji yarışına isə, eyni mərhələdən olmaqla, noyabrın 11-də start veriləcək. Həmin gün "Ordu" voleybol klubu Norveçin Forde şəhərində eyniadlı klubun qonağı olacaq. Cavab oyun isə noyabrın 19-da Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov



