Uşanqi Kokuari Abu-Dabidə ikinci yeri tutub
29-31 oktyabr günlərində BƏƏ- nin paytaxtı Abu-Dabidə kişi və qadın cüdoçular arasında Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən "Böyük Dəbilqə" turniri keçirilib. Qeyd edək ki, turnirin son günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, yığmamızın üzvlərindən daha biri inamla güləşərək mükafatçılar sırasında yer alıb. ACF- dən verilən məlumata görə, son günün qəhrəmanı ən ağırımız olan Uşanqi Kokuari (+100 kq) olub. O, çıxışını ikinci yerdə başa vurmaqla gümüş medal qazanıb. Bununla da Azərbaycan yığmasının aktivindəki medalların sayı 5-ə (2-1-1) çatıb. Bu göstərici ilə millimiz 56 ölkə arasında birinci yeri tutub.
Xatırladaq ki, turnirin ilk günü Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Rəşad Yelkiyevsə (66 kq) bürünc, ikinci gündə isə Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Bir məqamı da qeyd edək ki, Azərbaycan bu yarışa 4-ü qadın olmaqla 12 cüdoçu ilə qatılıb.
İNTİQAM Məmmədov



