Cüdoçularımız Əjdər Bağırovla Kənan Nəsibov da Avropa çempionu olub
İtaliyanın Neapol şəhərində 23 yaşlı (U-23) gənclər arasında cüdo üzrə keçirilən Avropa çempionatına yekun vurulub. İki gün davam edən çempionatı Azərbaycan millisi 3 qızıl medalla birinci yerdə başa vurub. Medallardan ikisi son gündə, biri isə start günü qazanılıb. Son günün qızılları Əjdər Bağırovla (100 kq) Kənan Nəsibovun (+100 kq) payına düşub. Bağırov həlledici finalda almaniyalı Yannis Başini, Nəsibov isə serbiyalı Budak Malyeviçi məğlub edib.
Xatırladaq ki, bu cütlükdən əvvəl isə İslam Rəhimov (66 kq) eyni uğura imza atmaqla zirvəni fəth edib.
İNTİQAM Məmmədov



