Güləşçilərimiz mundialda daha iki medal qazanıblar
Qazaxıstanın paytaxtı Astanadakı "Barıs Arena"da idman güləşi üzrə kişi və qadınlar arasında keçirilən dünya çempionatı davam edir. Mundialın səkkizinci günü sərbəst güləş üzrə yığmanın iki üzvü inamla güləşərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan biri gümüş, digəri isə bürünc əyarlı olub. Gümüş medal həlledici finalda amerikalı ikiqat Olimpiya mükafatçısı və 4 qat dünya çempionu adını daşıyan Kayl Deyklə bacarmayan Arseniy Djioyevin (86 kq), bürünc isə kiçik finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevdən güclü olan Giorgi Meşvildişvil (125 kq) aktivinə yazılıb.
İNTİQAM Məmmədov



