Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc qızlardan ibarət cüdo yığmamız Asiya Kubokunda fərqlənib

İordaniyanın paytaxtı Ammanda gənc qızlar arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Asiya Kuboku başa çatıb. İki gün davam edən yarış millimiz üçün uğurlu olub. Belə ki, sözügedən turnirdə iştirak edən 5 cüdoçumuzun hamısı inamı çıxış edərək, medal qazanıb.

ACF- dən verilən məlumata görə, cüdoçularımızdan Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) qızıl,  Gülgəz Musayeva (48 kq) və Aytən Verdiyeva (57 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Çinarə Sadıqova (52 kq) isə bürünc medal qazanıb. 

Maraqlı bir məqamı da qeyd edək ki, bu turnirdə 48 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub (Gülşənlə Gülgəz arasında).

İNTİQAM Məmmədov