Qadın basketbol millimiz AÇ-nın təsnifat mərhələsinə qatılacaq
11-17 noyabr aralığında qadın basketbol yığmaları arasında FİBA Qadınlar Avropa Çempionatı - 2029-un (FİBA Womens Eurobadket-2029) ilkin təsnifat mərhələsinin qrup oyunları keçiriləcək. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, milliz sözügedən turnirin A qrupunda İsveçrə, İrlandiya və İslandiya komandası ilə qarşılaşacaq.
Artıq millimizin iştirakı ilə keçiriləcək oyunların cədvəli də hazırdır.
11 noyabr. Saat 15:00.
Azərbaycan - İsveçrə (Milli Gimnastika Arenası);
14 noyabr. Saat 14:00.
Azərbaycan - İrlandiya (Milli Gimnastika Arenası);
17 noyabr. Saat 23:30.
İslandiya - Azərbaycan (Hafnarfjordur. İtjpottamidstod Asvellir).
İNTİQAM Məmmədov



