İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
“AIREX 2026” sərgisi ilə tanış olublar (FOTO=12)
04 noyabr 2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.
“PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində 47 yerli, 14 xarici olmaqla ümumilikdə 61 şirkət iştirak edir.
Qeyd edək ki, dövlətimizin başçısının Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Sərginin təşkili ölkəmizdə daşınmaz əmlak, memarlıq və tikinti sahələrinin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti bir daha nümayiş etdirir. Sərgi mənzil almaq, yaşayış şəraitini yaxşılaşdırmaq və daşınmaz əmlaka investisiya yatırmaq istəyən şəxsləri, böyük investorları, şirkətlərin təmsilçilərini və sektorun peşəkarlarını vahid platformada birləşdirir, əmlak bazarının iştirakçıları arasında dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm rol oynayır.



