Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

AZpress.AZ xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“Qarabağın azad edilməsinin altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik. Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə anırıq”, – paylaşımda bildirilib.