Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cəbrayılda Türkiyə-Azərbaycan Meşə Təlim Mərkəzi və Tərəvəzçilik Müəssisəsi açılıb

İşğaldan azad edilmiş Cəbrayıl rayonunda Türkiyə-Azərbaycan Meşə Təlim Mərkəzi və Tərəvəzçilik Müəssisəsi açılıb.

AZpress.AZ xəbər verir ki, bir vaxtlar Ermənistanın işğalı altında olan Cəbrayılda qurulan müəssisənin təməli 20 oktyabr 2022-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşəçilik Baş İdarəsinin töhfələri ilə 11,4 hektar ərazidə qurulan müəssisənin ümumi binası və istifadəyə yararlı sahəsi 12.200 kvadratmetrdir.

Bu əraziyə təlim mərkəzi, tinglik inzibati binası, tinglik emalatxanası və tinglik satışı sahəsi daxildir. Tinglik istehsalı müəssisənin 47.300 kvadratmetr ərazisində həyata keçiriləcək.

İllik istehsal gücü 2 milyon ting olan müəssisədəki təlim mərkəzi hər il 400 nəfərə nəzəri və praktiki təlim verə biləcək.

Qeyd edək ki, Prezident Ərdoğan, 8 noyabrda Azərbaycana səfəri çərçivəsində İlham Əliyevlə birgə mətbuat konfransında müəssisəni "Türkiyə və Azərbaycan arasında əməkdaşlığın yeni simvolu" adlandırdı.

Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada həmçinin bunları deyib:

"Türkiyə olaraq, Qarabağın azadlığı kimi, onun inkişafı üçün də hər cür dəstəyi veririk. Türkiyə-Azərbaycan Meşə Təlim Mərkəzi və Tərəvəzçilik Müəssisəsini Qarabağa gətirdiyimiz üçün məmnunuq".