Nəsimi Musayev Robert Köçəryanla qonşu kamerada saxlanılır
“Ermənistanda həbs edilən Azərbaycan əsgəri keçmiş prezident Robert Köçəryanla qonşu kamerada saxlanılır”.
AZpress.AZ xəbər verir ki, bu barədə parlamentdəki müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransında bildirib.
Qriqoryan qeyd edib ki, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev İrəvan-Kentron həbsxanasında misli görünməmiş dərəcədə yaxşı şəraitdə saxlanılır. O əlavə edib ki, Ermənistanın ikinci prezidenti qonşu kameradadır və oradakı şərait qeyri-insanidir.



