Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın defilemiya yığması Avropanın ikincisi olub

11-12 noyabr günlərində  Bakı İdman Sarayında eşitmə qabiliyyəti məhdud olanlar (deflimpiyaçılar) arasında cüdo üzrə sayca 5-ci Avropa çempionatı keçirilib. İki gün davam edən bu çempionatda ev sahibi Azərbaycan da daxil olmaqla 12 ölkə təmsil edən 80 deflimpiyaçı medallar uğrunda mübarizə aparıblar. Çempionat deflimpiyaçılarımız üçün uğurlu olub. Belə ki, çempionata qatılan təmsilçilərimiz ikisi qızıl, biri gümüş və biri bürünc əyarlı olmaqla, 4 medal qazanıblar. Bu göstərici ilə deflimpiya millimiz komanda hesabında ikinci yeri tutub.

Azərbaycan Defilemiya Komitəsindən verilən məlumata görə, qazanılan qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Coşqun Əliyevlə Xalid Məmmədovun, gümüş medal yalnız həlledici finalda büdrəyən Aydın Əzizovun, bürünc isə çıxışını üçüncü yerdə bitirən Eltun Məmmədovun aktivinə yazılıb. 

İNTİQAM Məmmədov