Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa yığmasının heyətində çıxış edəcək
Noyabrın 14-də Macarıstanın paytaxtı Budapeştdə möhtəşəm bir boks gecəsi təşkil ediləcək. Həmin gecədə boks üzrə Avropa yığması ilə Panamerika komandası qarşılaşacaq. Gecənin maraqlı məqamlarından biri, Azərbaycan millisinin üzvü Məhəmməd Abdullayevin (+90 kq) Avropa yığmasının heyətində yer almasıdır. O, həmin gecədə ABŞ boksçusu Gilbert Kabamba ilə döyüşəcək. Boksçumuz gecəyə məşqçi Etibar Abdullayevlə yollanıb.
Yeri gəlmişkən, gecədə döyüşlər 10 şəki dərəcəsində keçiriləcək. Onlardan da 5 çəkidə kişilər, 5 çəkidə isə qadınlar döyüşəcəklər.
İNTİQAM Məmmədov



