"Murov Az Terminal" qadın klubu "Turan"la qarşılaşacaq
16-22 noyabr aralığında Azərbaycan voleybolçularının zəngin yarışlar proqramı var. ABF-dan verilən məlumata görə, həftə içi həm kişi, həm də qadınlardan ibarət klublar Super Liqada, kişi klublarımızdan isə "Xilasedici" (CEV Çempionlar liqasının 3-cü təsnifat mərhələsində) və "Ordu" (CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyunu) klubu Avrokubok yarışlarında, qızlardan ibarət U-16 millimiz isə EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatıda çıxış edəcək.
Həftənin yarış proqramına bu gün saat 14:00-da "Murov Az Terminal" VK-nın idman zalında eyni adlı klubla "Turan" (Tovuz) arasındakı oyunla start veriləcək və EEVZA-nın son oyunları ilə yekun vurulacaq.
16 noyabr. Saat 14:00.
"Murov Az Terminal" - "Tutan".
Ünvan: Murov Az Terminal VK-nın idman zalı.
İNTİQAM Məmmədov



