Atletimiz Fuad Həsənov Rusiyada üçüncü olub
Rusiyada ağır atletika üzrə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Açıq Kuboku turniri Azərbaycan yığmasının üzvü Fuad Həsənov (70 kq) üçün uğurlu olub. AAAF-dan verilən məlumata görə, atletimiz çıxışını üçüncü yerdə bitirməklə turnirin bürünc medalını qazanıb. Qeyd edək ki, birdən qaldırmada 130 kq, təkanla isə 160 kq ağırlığı ram edən atletimiz iki hərəkətin cəmindən 290 kq nəticə göstərib.
İNTİQAM Məmmədov



