Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paracüdoçumuz İlham Zəkiyev Misir Qran-Prisində bürünc medal qazanıb 

Misirin İsgəndəriyyə şəhərində paracüdo üzrə keçirilən Qran-Pridə iştirak edən Azərbaycan yığmasının üzvü İlham Zəkiyev (+90 kq) uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. AMPK-dən verilən məlumata görə, J1 kateqoriyasında tatamiyə çıxan ikiqat Paralimpiya çempionumuz çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Qeyd edək ki, mübarizəyə başladığı 1/8 finalda britaniyalı Dan Englishi məğlub edən Zəkiyev təəssüflər olsun ki, 1/4 finalda moldovalı İan Basokla bacarmayıb və nəticədə mübarizəni təsəlliverici görüşlərlə davam etdirib. Burada isə o, ilk olaraq özbək idmançı Ulmas Rayimovu, ardından isə Qazaxıstan təmsilçisi Boqlanbek Onalbeki üstələyərək, bürünc medala yiyələnib.

İNTİQAM Məmmədov