Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın şahmatçılarımız Avropa çempionatında

Yunanıstanın Rodose şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilir. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və mukafat fondu 60 min avro təşkil edən çempionatda Azərbaycanın 8 təmsilçisi də daxil olmaqla 137 zəka sahibi medallar uğrunda mübarizə aparır. Ölkəmizi təmsil edən 8-likdə ötən ilin Avropa çempionu Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Ləman Hacıyeva yer alıb. 

Qeyd edək ki, çempionatın reytinq favoriti gürcüstanlı Nino Batsıaşvilidi (2473). Azərbaycan təmsilçiləri arasinda isə reytinq göstəricisinə görə Gövhər Beydullayeva (2400) 12-ci, hazırkı Avropa çempionu Ülviyyə Fətəliyeva (2387) isə 16-cı yerdədir.

Reqlamentə görə, AÇ-da ilk üç yerin sahibi müvafiq olaraq 10, 8 və 7 min avro mükafat qazanacaq. Ümumiyyətlə, çempionatda 1-20-ci yeri tutan zəka sahibləri pul mükafatı mükafatı ilə təltif olunacaqlar.

Hazırda çempionatda ilk 3 tur geridə qalıb. Şahmatçılarımızdan hərəyə 2,5 xal toplayan Gövhər Beydullayeva 8-ci, Səbinə İbrahimova isə 19-cu yerdə qərarlaşıb.

Maraqlıdır, ötən il analoji çempionatda 10 mümkün xaldan 8 xal toplamaqla Avropa çempionu adını qazanan Ülviyyə Fətəliyeva hazırda Qədim Ellada torpağında təşkil edilən və 11 turdan ibarət olan çempionatda öz titulunu qoruyub saxlaya biləcəkmi?

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin