Şahmat üzrə keçmiş azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına düşüb
Azərbaycan Şahmat Federasiyasında vitse-prezident Faiq Həsənovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə yubilyarın adının ən uzun stajlı hakim kimi Ginnesin Rekordlar Kitabına düşəcəyi açıqlanıb.
Ginnesin Rekordlar Kitabının sözçüsü Şeyda Subaşı bildirib ki, verilən məlumat yoxlanılıb və tələblərə tam uyğundur.
Beləliklə, F.Həsənov rəsmi olaraq şahmat üzrə ən uzun təcrübəyə malik kişi hakim kimi təsdiqlənir. F.Həsənov 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakim kimi çalışaraq məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla əlaqədar olaraq Ginnesin Rekordlar Kitabının nümayəndəsi hadisənin qəhrəmanına rəsmi sertifikat təqdim edib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, FİDE-nin keçmiş rəhbəri Kirsan İlyumjinov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, beşqat dünya çempionu, qadınlardan ibarət milli komandanın əfsanəvi üzvü No Qaprixişili iştirak ediblər.


