Cüdoçumuz Əhməd Yusifov Avropa üçüncüsü olub
Bu gün Montoneqronun paytaxtı Podqoritsa şəhərində kişi və qadınlar arasında startı verilən cüdo üzrə Avropa çempionatınin ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, ilk gündə mübarizəyə qatılan beş cudocumuzdan biri - Əhməd Yusifov (60 kq) çıxışını üçüncü yerdə başa vurmaqla yığmamızın aktivinə ilk medalı yazdırıb. Cüdoçumuz bürünc medal uğrunda həlledici kiçik finalda ispaniyalı Avropa çempionu Françesko Tarriqosu ipponla məğlub edib.
İNTİQAM Məmmədov


