Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Azərreyl", yoxsa "Murov Az Terminal" ?

Bu gün saat 15:00-da Mili Gimnastika Arenasında kişi voleybolçulardan ibarət "Azərreyl" və 'Murov Az Terminal" klubu arasında Azərbaycan çempionatının Yüksək Liqasının ikinci final görüşü keçiriləcək. Xatırladaq ki, iki gün əvvəl tərəflər arasında keçirilən ilk oyunda "Azərreyl" klubu qalib gəlib - 3:0 (25:19, 25:17, 25:18). 

Reqlamentə görə, iki oyunun ümumi nəticəsinə görə qalib aşkar edilməzsə (1:1) və xallar da bərabər olarsa, o zaman mübarizə qızıl setdə davam edəcək.

Xatırladaq ki, kişilərin ölkə çempionatında üçüncü yerin sahibi "Xilasedici" klubu olub.

Yeri gəlmişkən, dünən Milli Gimnastika Arenasında qadın voleybolçuların ölkə çempionatına yekun vurulub. Final seriyasında daha güclü olan "Azərreyl" klubu 2024/25-ci illər mövsümün qalibi olub. İkinci yeri "Abşeron", üçüncü yeri isə "Milli Aviasiya Akademiyası" tutub. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin