U-16 voleybol millimiz AÇ-da mübarizəyə başlayır
Bu gün 16 yaşlı (U-16) oğlanlar arasında voleybol üzrə Avro-2025-in ikinci təsnifat mərhələsinin qrup oyunlarına start veriləcək. Turnirin B qrupunda yer alan Azərbaycan millisi finala vəsiqə uğrunda İspaniya, Estoniya və Avstriya yığması ilə qarşılaşacaq.
Qrup oyunları İspaniyada təşkil ediləcək.
Yığmamızın iştirakı ilə keçiriləcək oyunların təqvimi belədir:
25 aprel. Saat 17:00. Azərbaycan - Estoniya;
26 aprel. Saat 19:30. Azərbaycan - İspaniya;
27 aprel. Saat 17:00. Azərbaycan - Avstriya.
Bu mərhələdə 20 komanda 5 qrupda mübarizə aparacaq.
Reqlamentə görə qruplarda ilk iki yeri tutan və iki ən yaxşı göstəriciyə malik olan üçüncü yerin sahibi Avro-2025-in finalına vəsiqə qazanacaq.
İNTİQAM Məmmədov


