Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Azərreyl" kişi voleybol klubu Azərbaycan çempionudur

Mill Gimnastika Arenasında kişi voleybolçulardan ibarət "Muov Az Terminal" ilə "Azərreyl" klubu arasında keçirilən final seriyasının ikinci oyunu davam edir. Qeyd edək ki, ilk iki seti öz xeyrinə (20:25 və 22:25) bitirən "Azərreyl" bununla da çempionluğu özünə təmin edərək, ötən il qazandığı çempionluq titulunu özündə saxlayıb. Xatırladaq ki, iki gün öncə baş tutan birinci oyunda "Azərreyl" klubu 3:0 hesabla qalib gəlmişdi.

Hazırda formal xarakter daşıyan 3-cu set davam edir (10:5). Artıq matçın hansı hesabla bitməsindən asılı olmayaraq, "Azərreyl" çempion adını özünə təmin edib. İkinci yerin sahibi ötən ilki kimi yenə də "Murov Az Terminal" olub. Kişilərin yarışında bürünc medalı isə "Xilasedici" qazanıb.

Beləliklə, həm kişilərin, həm də qadınların çempionatında qalib adını "Azərreyl" klubları qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin