Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xalça Muzeyində "Çempionların Savaşı" şahmat turniri keçiriləcək 

27-30 aprel günlərində Azərbaycan Milli Xalça Muzeyində şahmat üzrə "Çempionların Savaşı" turniri keçiriləcək. 4 gün davam edəcək turnirdə Azərbaycanın kişi və qadinlar arasında keçirilən son çempionatının qalibləri Rauf Məmmədov, Günay Məmmədzadə, eləcə də hindistanlı sabiq dünya çempionu Bişvanatan Anand və bolqarıstanlı sabiq dünya və Avropa çempionu adını daşıyan Antoanetu Stefanova iştirak edəcək. Qeyd edək ki, Məmmədov Ananadla, Məmmədzadə isə Stefanovayla qarşılaşacaq. İştirakçılar şahmatın rapid və blits növündə mübarizə aparacaqlar.

Turnirin rəsmi açılış mərasimi aprelin 28-də saat 15: 45-də Xalça Muzeyində baş tutacaq.

Turnir başlamazdan öncə bu dördlük yeniyetmələrin ölkə birinciliyinin qalibləri ilə seans keçirəcəklər.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin