Bako Saakyan Şuşa rayonunun işğalı əməliyyatında iştirak etdiyini etiraf edib
Bako Saakyan Birinci Qarabağ müharibəsində Şuşa rayonunun işğalı əməliyyatında iştirak etdiyini etiraf edib.
Bunu o, Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrinin işi üzrə bu gün keçirilən məhkəmə iclasında dövlət ittihamçısının suallarını cavablandırarkən deyib.
Təqsirləndirilən şəxs həmin vaxt ixtiyarında AKM avtomatı olduğunu, lakin insanlara atəş açmadığını bildirib.


