ABL-da pley-offun yarımfinal oyunları davam edir
Kişi basketbol klublarının mubarizə apardığı ABL-da pley-off mərhələnin oyunları davam edir. Bu gün turnirdə yarımfinalın cavab oyunları keçiriləcək. Günün ilk oyunu Şəki Olimpiya İdman Kompleksində (saat 14:00) keçiriləcək. Yerli "Şəki" klubu doğma divalar arasında "Sabah"ı qəbul edəcək. Xatırladaq ki, dünən baş tutan ilk oyunda "Sabah" qalib gəlib - 86:73 (20:14, 25:20, 23:19, 18:20). Hazırda "Sabah" 1:0 hesabı ilə irəlidədir. Oyunlar seriyası iki qələbəyədək davam edəcək.
Günün ikinci oyunu isə saat 19:00-da Bakı İdman Sarayında "Abşeron"la "Neftçi" arasında olacaq. Yeri gəlmişkən, ilk oyunda "Neftçi" qalib gəlib - 1:0 (17:19, 22:24, 24:23, 23:20, 12:7).
İNTİQAM Məmmədov


