Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Prezident Kuboku-2025" reqata yarışının ilk günü

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatanın açılış mərasimi və ilk yarışları olub.

Reqatanın rəsmi açılış mərasimi Qarabağın mənzərəli guşələrindən biri olan Suqovuşanda baş tutub. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev çıxışında qeyd edib ki, turnirə xarici ölkələrdən marağın ildən-ilə artır və bu, sevindirici xəbərdir. O, idmançılara uğurlar arzulayıb.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zungrana Azərbaycanda avarçəkmə idmanının son illər xeyli inkişaf etdiyini vurğulayıb. O, federasiyaya qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edib.

Gənclər və idman naziri Fərid Qayıbov artıq beşinci ildir ki, reqatanın Suqovuşanda keçirildiyini xatırladaraq, təşkilatçılıq səviyyəsinin ildən-ilə daha da yaxşılaşdığını bildirib.

Rəsmi çıxışlardan sonra turnir açıq elan edilib.

Best coffeeshop in Berlin