Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-20 güləş millimiz "Çempionlar" turnirinə qatılacaq

Mayın 6-da Türkiyənin Antalya şəhərində 20 yaşlı güləşçilər arasında "Çempionlar" turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan idmançıları da iştirak edəcəklər. AGF-dan verilən məlumata görə, ölkəmiz turnirdə yalnız yunan-Roma güləşi üzrə keçirilən yarışda təmsil olunacaq. 25 nəfərlik heyətə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynli rəhbərlik edəcək. 

Turnirdə daha iki həmyerlimiz - ikinci dərəcəli hakimlər - Xəyal Əlivlə Kamran Baxışov ədalət qoruyucuları arasında olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin