Taekvondo yığmamız Türkiyəyə yollanıb
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandası dünən baş məşqçi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında Türkiyənin Çanaqqala şəhərinə TMT-yə yollanıb. Mayın 4-də başlanan təlim-məşq toplanışına (TMT) mayın 16-da yekun vurulacaq. Elə həmin gün də yiqmamiz Türkiyədən Bolqarıstanın paytaxtı Sofiya şəhərinə uçacaq. Ertəsi gün isə dayanq ustalarımız Sofiyada startı veriləcək "Prezident Kuboku-2025"-ə qatılacaq.
Heyətə dördü qadın olmaqla 15 taekvondoçu cəlb edilib.
İNTİQAM Məmmədov

Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111



