Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İçərişəhərdə Beynəlxalq Xalça Festivalı -FOTOREPORTAJ

Azərbaycanda ilk dəfə Beynəlxalq Xalça Festivalı keçirilib.

Festival İçərişəhərdə 3-4 may tarixlərində təşkil olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə keçirlən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirməkdir.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları iştirak ediblər.

AZpress.AZ fotoreportajı təqdim edir:

Best coffeeshop in Berlin